Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
14:07
Füzulidə top mərmisi tapılıb

Füzulidə bir ədəd 100 mm-lik top mərmisi tapılıb.

Bu barədə FaktXəbər-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, avqustun 19-da saat 20:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 20:48-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Haramı düzü ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Havanın qaranlıq olmasına və məlumat verən şəxsin qeyd olunan ərazidə olmadığına görə Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları 2019-cu il 20 avqust tarixində qeyd olunmuş əraziyə göndərilib. Müəyyən olunub ki, məlumatlarda qeyd olunan ərazi Füzuli rayonunun Alxanlı kəndi ərazisidir.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (3BK-5M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü, 300 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə : mərmi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb

22

Yanvar
18:03
HÜQUQ,HADİSƏ
243

AXCP üzvü döyülübmü? - DİN-dən rəsmi cavab

22

Yanvar
17:36
HÜQUQ,HADİSƏ
305

Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib

22

Yanvar
17:12
HÜQUQ,HADİSƏ
274

Dairəvi dəmir yolunun tikintisi yekunlaşır

22

Yanvar
17:08
NƏQLİYYAT
352

Azərbaycanda məktəbli geyimləri necə olmalıdır?

22

Yanvar
17:02
ELM / TƏHSİL
1840

Prezident seçkilərdən danışdı

22

Yanvar
16:56
ÖLKƏ
332

Binəqədidə qumbara və partladıcı tapılıb

22

Yanvar
15:45
HÜQUQ,HADİSƏ
316

AFFA idmançıları cəzalandırdı

22

Yanvar
15:22
ÖLKƏ
288

Yanğında 400 ev kül oldu - VİDEO

22

Yanvar
14:31
DÜNYA
384
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 07:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru