Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
13:00
1265
İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant  Rəşad Atakişiyevin nəşi tapılıb.

Faktxeber.com bildiri ki, bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib. 

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək. 

Sabah saat 9-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq. 

Mərhumun sabah dəfn olunması planlaşdırılır... R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

Rəşad Atakişiyev 1984-cü ilin yanvarın 7-də doğulub. O Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.

Xatırladaq ki, iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” dünən tapılaraq dənizdən çıxarılıb.

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Rəsmi məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəndə təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdü.

Məqalədə : Rəşad Atakişiyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
826

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
975

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
793

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
817

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
387

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
790

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
807

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
722
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 16:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru