Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
12:16
Qaçqınlar Tramp hakimiyyətini məhkəməyə verib

ABŞ-da müvəqqəti qaçqın düşərgəsində saxlanılan 15 qaçqın düşərgədəi səhiyyə xidmətindəki çatışmazlıqlar və üzləşdikləri çətinliklərə görə ABŞ hökumətini və müvafiq qurumları məhkəməyə verib.

FaktXəbər-in məlumatına görə, şikayət məktubunda ABŞ Mühacir və Gömrük Mühafizəsi İdarəsinin də adı var.

Məhkəmə iddiasında Kaliforniya ştatının Adelanto şəhərində xüsusi olaraq istifadə edilən mühafizə mərkəzi ilə Kolorado ştatında mühafizə mərkəzi kimi istifadə edilən Teller vilayət həbsxanasının olduğu 8 ayrı bazadakı şərait haqqında da şikayət var.

İddiada bildirilir ki, 57 yaşlı İordaniya vətəndaşı Faruk Abdullah Fərhad Adelantodakı bazada 2 ildən artıqdır saxlanılır. Aprel ayında sol gözündə problemlər yaranıb. Kənardan gələn həkimin onun gözünün əməliyyat olunmasının vacibliyini söyləməsinə baxmayaraq, bazada müalicə olunmadığı üçün görmə problemi ilə üzləşib.

Bundan əlavə, Fərhad kürək və diz ağrılarına görə əlil arabası ilə təmin edilməsinə baxmayaraq, 1 ay sonra araba ondan alınıb və Fərhad yataq xəstəsinə çevrilib.

Eyni bazada saxlanılan başqa bir mühacir isə bazadakı məmurların birindən şikayət etdiyi üçün 1 ay müddətinə cərimə təcridxanasına salınıb.

Ömrünün böyük hissəsini ABŞ-da yaşayan 29 yaşlı meksikalı mühacir şizofreniya və psixoloji gərginlikdən müalicə olunmasına baxmayaraq, may ayında o da mühaciər mərkəzinə gətirilib və həmin vaxtdan etibarən müalicəsi dayandırıldığı üçün vəziyyəti ağırlaşıb.

Mərkəz rəhbərliyi məhkəmə iddiası barədə açıqlama verməyiblər.

Məhkəmə iddiası qaldıranlar və onları dəstəkləyən mühacir haqlarını dəstəkləyən qurumlar mühacirlərin həyat şəraitlərinin yaxşılaşdırılmasını və problemlərinin həllini tələb edirlər.

ABŞ prezidenti Donald Trampın ölkəyə mühacir axınını dayandırmaq üçün yaradılan mühacir mərkəzlərində saxlanılan şəxslərin sayının 55 mindən artıq olduğu bildirilir.

Məqalədə : ABŞ qaçqın düşərgəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb

22

Yanvar
18:03
HÜQUQ,HADİSƏ
243

AXCP üzvü döyülübmü? - DİN-dən rəsmi cavab

22

Yanvar
17:36
HÜQUQ,HADİSƏ
305

Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib

22

Yanvar
17:12
HÜQUQ,HADİSƏ
274

Dairəvi dəmir yolunun tikintisi yekunlaşır

22

Yanvar
17:08
NƏQLİYYAT
352

Azərbaycanda məktəbli geyimləri necə olmalıdır?

22

Yanvar
17:02
ELM / TƏHSİL
1834

Prezident seçkilərdən danışdı

22

Yanvar
16:56
ÖLKƏ
332

Binəqədidə qumbara və partladıcı tapılıb

22

Yanvar
15:45
HÜQUQ,HADİSƏ
316

AFFA idmançıları cəzalandırdı

22

Yanvar
15:22
ÖLKƏ
288

Yanğında 400 ev kül oldu - VİDEO

22

Yanvar
14:31
DÜNYA
384
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 07:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru