
Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1 milyard 854,8 milyon manata çatdırılıb.
Vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edib.
2019-cu il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,0 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30,0 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artaraq 232,3 manat təşkil edib və orta aylıq əmək haqqının 39,7 faizinə bərabər olub.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2019-cu il 19 fevral tarixli 1515–VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il 1 mart tarixindən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.
2019-cu il iyulun 1-i vəziyyətinə 383,6 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 68,0 min nəfər, əlilliyə görə - 173,0 min nəfər, ailə başçısını itirməyə görə - 47,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,1 min nəfər olub.
Əmək pensiyası almaq hüququ olmayan 1,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 286 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 9,0 min ailəsinə 16,1 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 1294 nəfər bir yaşınadək uşağı olan 1269 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9,0 min uşaq üçün sosial müavinət verilib.
2019-cu ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32102 ailəyə 34241 uşağın anadan olmasına görə, 4126 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxsə müalicə üçün və 3355 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər verilib.
Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 380 nəfər zərərçəkən kompensasiya alıb.
Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 239,8 min nəfər olub.

ABŞ-da polis növbəti dəfə qaradərilini öldürüb: İnsanlar ayağa qalxdı
12
Aprel
İranın danışıqlarda şərti dondurulmuş 40 milyard dollarının sərbəst buraxılmasıdır
12
Aprel
BVF: Azərbaycanın neft ÜDM-i bu il 0,2%, qeyri-neft ÜDM-i isə 3,5% artacaq
12
Aprel08-04-2021 12:07 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
16-06-2020 14:08 Pensiya təminatı sistemində köklü dəyişiklikləri əks etdirən layihə hazırlanır
10-06-2020 14:16 Zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanl
08-06-2020 10:02 Bu rayonlarda güzəştli pensiya alanların nəzərinə - Dəyişikliklər var
19-05-2020 09:40 520 nəfər işsizə fasilə dövrü üzrə təqaüdlər ödənilir
18-05-2020 15:50 Ailə başçısını itirməyə görə pensiya təminatına dəyişiklik ola bilər
- 12-04-2021 15:51 Sahil Babayev özünə daha bir müşavir təyin edib
- 12-04-2021 14:30 Azərbaycan ordusunda növbəti təlimlər başladı
- 12-04-2021 14:22 Daha 4 məktəb koronavirusa görə bağlandı
- 12-04-2021 13:41 Sabah hava necə olacaq?
- 12-04-2021 12:56 Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO
- 12-04-2021 11:59 Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
- 12-04-2021 11:14 DSMF: Pensiyalar aprelin 15-i tam ödəniləcək
- 12-04-2021 10:35 Milli Konservatoriyada COVID-ə görə əyani dərslər dayandırılıb
- 12-04-2021 09:58 Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib, saxlanılanlar var
- 10-04-2021 12:33 Bazar günü Bakıda yağış yağacaq, külək əsəcək
- 10-04-2021 12:31 Nazir polkovnik-leytenantı xidmətdən qovdu
- 10-04-2021 10:56 Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- 09-04-2021 16:40 Son sutkada nə qədər adam yoluxub?
- 09-04-2021 15:53 Sabah küçəyə çıxmamaq tövsiyə olunur
- 09-04-2021 15:23 Ramazan ayı ilə bağlı fətva verildi
- 09-04-2021 14:19 Prezident ona general-mayor rütbəsi verdi
- 09-04-2021 14:11 Sabaha olan hava proqnozu açıqlandı
- 09-04-2021 12:59 Müddətsiz əlillik hansı hallarda verilir? - Nazir açıqladı
- 09-04-2021 12:50 İranda koronavirusa görə bütün sahələr 10 günlük bağlanır
- 09-04-2021 12:36 Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO
- 09-04-2021 12:17 Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
- 09-04-2021 10:59 Bakıda yol çökdü: “Azərsu” ASC hərəkətə keçdi
- 09-04-2021 10:48 Son 3 ayda yol qəzalarında ölən piyadaların sayı açıqlandı
- 09-04-2021 10:20 “Media haqqında qanun” layihəsi üzərində iş yekunlaşır
- 08-04-2021 16:38 Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI