Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2019
14:56
YPX əməkdaşı kobud qayda pozuntusuna yol verib - VİDEO

Dövlət Yol Polisinin (DYP) Yol Patrul Xidməti (YPX) avtomobilninin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb.

Videoda YPX avtomobilinin yolun sağ zolağı boş olduğu halda, sol zolağı ilə asta sürətlə hərəkət etdiyi müşahidə olunur.

Yol hərəkəti qaydalarını pozan YPX əməkdaşı arxadan gələn avtomobillərə sağdan ötüb keçmələri üçün əli ilə işarə də verir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov açıqlamasında deyib ki, YPX əməkdaşı bu hərəkəti ilə həm yol hərəkəti qaydalarını, həm də "Yol-patrul xidməti" haqqında Təlimatın tələblərini pozur: "Təlimatın tələbinə görə, yol patrul xidməti bütün hərəkət iştirakçıları üçün təhlükəsiz şəraitdə aparılmalıdır. Yəni YPX təhlükəsizliyi təmin etməlidir, nəinki təhlükə yaratmalıdır. Təlimatda qeyd edilir ki, YPX əməkdaşı gecə və gündüz olmasından asılı olmayaraq, nəqliyyat vasitələri axınında hərəkət edərkən yol hərəkəti qayda pozuntularının qarşısının alınması məqsədilə qırmızı və ya göy sayrışan işıq siqnalından istifadə etməlidir".

Ə.Hüseynov əlavə edir ki, YPX avtomobili "Yol Hərəkəti haqqında" Qanunun 49-cu maddəsinin tələblərini də pozub: "Bu maddəyə görə, sağ zolaq boş olduğu halda, avtomobil sol zolaqla hərəkət etməsi qadağandır. Əgər bu hal, hansısa zərurətdən irəli gəlirsə, o halda, YPX avtomobili işıq və səs siqnallarından istifadə etməlidir".

Ekspert bildirib ki, qanunazidd əməlinə görə, YPX əməkdaşına həm adi sürücü inzibati qaydada cərimə yazıla, həm də "Yol-patrul xidməti" haqqında Təlimatın tələblərini pozduğuna görə intizam məsuliyyətinə cəlb oluna bilər.

"Report" məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyevdən münasibət öyrənmək istəsə də, R.Quliyevin telefonu sönülü olub, K.Əliyev isə zənglərə cavab verməyib.

Məqalədə : DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43371

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41643

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43296

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42752

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48264

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42813

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43249
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 14:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru