Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2019
09:24
2959
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Bu gündən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başlayır.

Təhsil Nazirliyindən FaktXeber.com-a verilən məlumata görə, 19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu mərhələdə vakant yer tutmuş 3 728 nəfərin iştirakı gözlənilir.

Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
64

Körpüdə dayanmağın faciəvi sonluğu - VİDEO

17

Sentyabr
10:18
HÜQUQ,HADİSƏ
58

Çempionlar Liqası başlayır

17

Sentyabr
10:00
İDMAN
87

Avtomonil qəzası 500 abonenti qasız qoyub

17

Sentyabr
09:41
HÜQUQ,HADİSƏ
76

Azərbaycan nefti kəskin bahalaşdı

17

Sentyabr
09:34
İQTİSADİYYAT
94

"Fənərbaxça" məğlub oldu - VİDEO

17

Sentyabr
09:30
İDMAN
117

Xarici valyutaların manata qarşı məzənnələri

17

Sentyabr
09:21
İQTİSADİYYAT
67

Neft yenidən ucuzlaşıb

17

Sentyabr
09:13
İQTİSADİYYAT
76
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 10:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru