Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Avqust

2019
11:50
Əfqanıstan prezidenti: Taliban Kabildəki terroru boynundan ata bilməz

Əfqanıstan prezidenti Əşrəf Qani şənbə günü Kabildə törədilən və 60-dan çox insanın ölümünə səbəb olan terror aktını qınayıb və "Taliban" terror təşkilatının baş verənlərə görə günahı boynundan ata bilməyəcəyini vurğulayıb. 

FaktXəbər-in məlumatına görə, bu mesaj bazar günü tvitter-də yayımlanıb.

Əfqanıstan lideri bu açıqlamanı "Taliban"ın toydakı terrorra görə məsuliyyəti boynundan atmasından sonra verib.

Qəni vəziyyəti təhlili və əhalinin təhlükəsizliyini təmin etməkdə gələcək nöqsanları düzəltmək üçün təhlükəsizlik məsələlərinə dair təcili iclasın çağırıldığını da elan edib.

Xatırladaq ki, toyda baş verən terror hadisəsi nəticəsində 63 nəfər ölüb, 182 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti partlayışın intiharçı tərəfindən həyata keçirildiyini bildirib. "Taliban" terror təkilatı hücumda iştirak etmədiyini açıqlayıb.

Məqalədə : Əfqanıstan terror 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43199

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41513

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43088

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42592

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48114

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42626

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43014
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 11:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru