
2020-2021-ci tədris ilindən Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq ediləcək.
FaktXəbər-in məlumatına görə, bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib. Onu sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ölkənin bütün ümumi təhsil müəssissələrində vahid məktəbli geyim forması tətbiq oluna bilməyəcək: “Bu il məktəbli forması əvvəlki illərdəki kimi davam edəcək. Çünki bunun üçün çox ciddi hazırlıq işləri aparılır. Artıq Bakı Tikiş Evinə məktubla müraciət olunub. Hazırda müxtəlif eskiz formaları hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi Qrupu yaradılıb. Nazir Ceyhun Bayramov bu məsələyə özü nəzarət edir. Nazirlikdə müvafiq şöbələrin əməkdaşları bu İşçi Qrupuna cəlb olunub. Məqsəd budur ki, işlər vaxtında çatdırılsın. Təhsil Nazirliyinin İşçi Qrupu ilə Bakı Tikiş Evinin nümayəndələri arasında bu məsələ geniş şəkildə müzakirə olunacaq, daha sonra ictimai rəy öyrəniləcək. Tam qərara gəlindikdən sonra həmin vahid məktəbli forması 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq”.
Ə.Adıgözəlov bildirib ki, hazırda ölkə üzrə 1 milyon 400 minə yaxın şagird var. Vahid məktəbli formasında ibtidai siniflə yuxarı sinif şagirdlərinin geyim forması fərqlənəcək:
“İbtidai siniflə yuxarı sinifləri eyniləşdirmək olmaz, burada yaş xüsusiyyəti var. Bu yaş xüsusiyyəti nəzərə alınmalıdır. Bu məsələ də hazırda müzakirədədir. Bildiyiniz kimi, dərs ili 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır. Yəni sentyabrda da müəyyən qədər isti hava olur, eyni zamanda may ayının əvvəlindən də artıq hava isinir. Bu səbəbdən geyim forması hazırlanarkən fəsillər də nəzərə alınacaq”.
Baş məsləhətçi geyim formalarının bölgələrə necə çatdırılacağına da aydınlıq gətirib. O bildirib ki, Bakı Tikif Evi məktəbli formalarını bütün ölkə üçün hazırlayacaq: “Yəqin ki, Bakı Tikiş Evinin yerlərdə satış məntəqələri olacaq. Çünki bölgələrdəki valideynlərə demək olmaz ki, gəlib Bakıdan forma alıb aparsın. Hələlik bu məsələ müzakirə olunmayıb, ancaq çox güman ki, yerlərdə satış məntəqələri olacaq”.
Ə. Adıgözəlov qeyd edib ki, vahid məktəbli forması yalnız dövlət ümumtəhsil məktəblərində tətbiq olunacaq: "Liseylər də bu və ya fərqli formanı tətbiq edə bilərlər".
Məktəbli formasının qiymətini Bakı Tikiş Evi müəyyənləşdirəcək: "Təbii ki, burada əhalinin alıcılıq qabiliyyəti nəzərə alınacaq. Geyim forması tam qərarlaşdırıldıqdan sonra qiymət məsələsinə də baxılacaq”.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
- 19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
- 19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana buraxılmadı
- 19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
- 19-06-2020 11:05 Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama
- 19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir
- 19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir
- 18-06-2020 17:46 Müəllimlərin yerdəyişməsinin nəticələri açıqlandı
- 18-06-2020 16:33 Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimin vaxtı uzadıldı
- 18-06-2020 15:42 Qızdırması olan 4 şagird imtahana buraxılmadı, 3-ü zala telefon keçirdi
- 17-06-2020 17:20 İyunun 24-25-də keçiriləcək qəbul imtahanlarının qrafiki elan olunub
- 17-06-2020 15:27 Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb
- 17-06-2020 14:00 Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq
- 17-06-2020 11:04 Ali məktəblərə müsabiqə şərtləri məlum oldu
- 17-06-2020 09:13 Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər
- 16-06-2020 15:43 Yalnız ibtidai sinif müəllimlərinin ikinci iş yerində işləməsinə icazə verilmir
- 16-06-2020 11:20 Beş məktəbdə peşə təmayüllü siniflər yaradılıb
- 16-06-2020 11:02 Dövlət ali təhsil müəssisələri lisenziyaya görə rüsumdan azad edilir
- 16-06-2020 10:45 Vətəndaşların qəbulu iyulun 1-dək dayandırılıb
- 16-06-2020 10:12 İyunun 18-19-da buraxılış imtahanları keçiriləcək
- 15-06-2020 13:21 Sabahdan "Dərs vaxtı"nın abituriyentlər üçün yayımına start verilir
- 15-06-2020 11:12 Bu şəxslər iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilməz
- 15-06-2020 09:45 Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi
- 13-06-2020 13:35 Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələrinin məlum olacağı vaxt açıqlanıb
- 13-06-2020 10:30 Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi