Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2019
09:25
2419
Premyer Liqanın 2019/2020 mövsümü başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünə start veriləcək. 

8 komandanın iştirakı ilə keçiriləcək sayca 28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edəcək. Açılış matçında son çempion "Qarabağ" ötən mövsümü axırıncı yerdə bitirən "Keşlə"nin qonağı olacaq. Paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi "ASK Arena"nın süni ot örtüyü dəyişdirildiyi üçün görüş Mərdəkandakı "Dalğa Arena"da baş tutacaq. 

Bu oyun sözügedən komandaların Premyer Liqada yubiley – 60-cı duelə olacaq. "Keşlə" indiyə qədər reallaşan 59 matçdan 13-də, "Qarabağ" isə 27-də qalib gəlib. 19 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv son 3 görüşdə qələbə qazanıb.

Çempionlar Liqası ilə vidalaşan və mübarizəni Avropa Liqasında davam etdirəcək Ağdam klubu yay transfer pəncərəsində Xayme Romero ("Kordoba", İspaniya), Ailton Silva ("Ştutqart", Almaniya: icarəyə), Rerras Faysal ("Bezye", Fransa) və Maqaye Qeyeni ("Osmanlıspor", Türkiyə) heyətinə qatıb. 

"Keşlə"nin heyəti isə demək olar ki, tamamilə dəyişib. Tərlan Əhmədovun baş məşqçilik etdiyi kollektiv çox sayda futbolçu ilə yollarını ayırıb, əvəzində Rəşad Əzizli, Əfran İsmayılov (hər ikisi "Sumqayıt"), Ruslan Qurbanov ("Səbail"), Franko Flores ("Alki", Kipr), Ziya Əzizov ("Neymegen", Hollandiya), İlkin Qırtımov ( "Zirə"), Stanislav Namaşko ("Zeta", Monteneqro), Emin Mehdiyev ("Qaradağ Lökbatan"), Miyuşko Bojoviç ("Uypeşt", Macarıstan), Sezar Meza Kolli (“Universitatya Krayova”, Rumıniya: icarəyə) və Lorenzo Frutos ("Deportivo Lara", Venesuela) kimi oyunçularla güclənib. 

İlk turda keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı avqustunda 17-də, "Səbail" - "Zirə" görüşü avqustun 18-də, "Neftçi" - "Sabah" oyunu isə avqustun 19-da olacaq. 

Qeyd edək ki, arxada qalan 27 mövsümdə “Neftçi” 8, “Qarabağ” 7, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “Keşlə” (əvvəlki “İnter”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion adına yiyələnib. 2001/02 mövsümü isə başa çatdırılmayıb. İndiyədək keçirilən 27 yarışda 2955 futbolçu meydana çıxıb.

Azərbaycan Premyer Liqası

I tur

16 avqust (cümə)

19:00. “Keşlə” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Dalğa Arena”

17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASCO Arena”

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Bakcell Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Məqalədə : premyer liqa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
830

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
978

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
796

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
821

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
388

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
793

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
810

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
723
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 16:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru