Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2019
14:20
SOCAR `Palmali`yə cavab verdi - `Bizimlə əlaqəsi yoxdur`

"“Palmali” şirkətinə məxsus “Mammad Amin Rasulzade” gəmisi ilə toqquşmada adı çəkilən “Doric Warrior” gəmisinin “SOCAR Ukrayna” ilə heç bir əlaqəsi yoxdur".

Bunu Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov söyləyib. O vurğulayıb ki, hadisə ilə bağlı SOCAR-ın adının çəkilməsi əsassızdır:

“Gəmilərin toqquşması hadisəsinin SOCAR-la əlaqələndirmək cəhdləri Azərbaycan dövlətçiliyinə qarşı yönəldirilmiş, həqiqətdən və məntiqdən uzaq olan təxribatdır”.

Qeyd edək ki, avqustun 14-nə keçən gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan “Palmali” şirkətlər qrupuna məxsus “MAMMAD AMİN RASULZADE” gəmisi İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub. 

Səs-küyə səbəb olan hadisə haqqında Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şəbnəm Karslı araşdırma aparıb. O, Dövlət Neft Şirkətinin bu hadisə ilə bağlılığının olduğunu ifadə edib:

““Doric Warrior” gəmisi Ocean Power Navigation adlı bir yunan şirkətinə aid olsa da, menecerliyini bir başqa yunan şirkəti həyata keçirir. Bu şirkətin adı Chios Navigation Hellasdır. Bu şirkətin hərəkət istiqaməti Ukraynadır, gəminin trayektoriyasını izlədikcə istiqamətlərinin Ukrayna olduğunu gördüm. Gəminin menecerliyini edən şirkətin eyni zamanda "SOCAR Ukrayna"nın quru yüklərini daşıdığı da məlumdur.

Düzü, əvvəldən sonunun buralara gələcəyini təxmin etməmişdim. İşə Türkiyə polisi qarışıb, qəzanın "qəza" olmadığı ortaya çıxarsa, səbəbi gün kimi ortadadır”,-jurnalist yazıb.

Qeyd edək ki, "Doric Warrior” gəmisi barəsində İstanbul Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. 

6 avqust 2019-cu il tarixdə “MAMMAD AMİN RASULZADE” gəmisinin ilk səfərə çıxması münasibəti ilə təntənəli mərasim keçirilmişdi. Tədbirdə yüksək vəzifəli şəxslər, Azərbaycandan dəvət olunmuş jurnalistlər, QHT rəhbərləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə iştirak etmişdi. Mərasimdə gəmiyə “MAMMAD AMİN RASULZADE” adının verilməsi və bu ad altında yeni gəminin Azərbaycanı bütün dünyada təbliğ edəcəyi xüsusi vurğulanaraq mühüm tarixi hadisə adlandırılmışdı.(modern)

Məqalədə : Palmali 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb

22

Yanvar
18:03
HÜQUQ,HADİSƏ
243

AXCP üzvü döyülübmü? - DİN-dən rəsmi cavab

22

Yanvar
17:36
HÜQUQ,HADİSƏ
305

Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib

22

Yanvar
17:12
HÜQUQ,HADİSƏ
274

Dairəvi dəmir yolunun tikintisi yekunlaşır

22

Yanvar
17:08
NƏQLİYYAT
352

Azərbaycanda məktəbli geyimləri necə olmalıdır?

22

Yanvar
17:02
ELM / TƏHSİL
1840

Prezident seçkilərdən danışdı

22

Yanvar
16:56
ÖLKƏ
332

Binəqədidə qumbara və partladıcı tapılıb

22

Yanvar
15:45
HÜQUQ,HADİSƏ
316

AFFA idmançıları cəzalandırdı

22

Yanvar
15:22
ÖLKƏ
288

Yanğında 400 ev kül oldu - VİDEO

22

Yanvar
14:31
DÜNYA
384
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 07:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru