Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2019
11:02
2775
A321-in sərt enişdən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib - VİDEO

Rusiyanın “Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib.

FaktXəbər-in "İnterfaks"a istinadən məlumatına görə, təyyarədə  226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.

Hava limanından kənar boş bir əraziyə endikdən sonra təyyarənin mühərriki yerindən qopub.

Rusiya Səhiyyə Nazirliyi açıqlayıb ki, A321 təyyarəsinin təcili enişindən sonra Moskva vilayətində 23 nəfər xəstəxanaya yerləşdirilib.

"Jukovski-Simferopol marşrutu ilə hərəkət edən "Airbus" təyyarəsinin sərt enişi nəticəsində 226 nəfərdən 5-i uşaq olmaqla 23 nəfər sərnişin xəstəxanaya göndərilib", - deyə nazirlikdən verilən açıqlamada bildirilir.

Zərərçəkənlərin vəziyyəti orta qənaətbəxş vəziyyətdədir.

Məqalədə : təyyarə qəzası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
894

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1054

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
860

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
888

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
413

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
857

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
876

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
748
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 18:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru