Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2019
15:43
Yeni zellandiyalı terrorçu: Rusiayaya getmək istəyirəm

Yeni Zelandiyanın Kristçurş şəhərində məscidlərdə terror aktı törətməkdə günahlandırılan avstraliyalı Brenton Tarrant Rusiyaya məktub yazıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə  "NZ Herald"da məlumat verilib.

Tarrantın həbsxanadan göndərdiyi məktub Alan adlı birinə ünvanlanıb.

Məktubda o, xüsusən 2015-ci ildə Rusiyaya etdiyi səfərdən bəhs edir və buranı "dünyadakı ən sevimli yeri" adlandırıb. Ayrıca bir gün Rusiyaya yenidən səfər etmək istədiyini yazıb.

Bundan əlavə, Tarrant, Alana göndərilən markalara görə təşəkkür edib və onları həbsxanadakı mühafizəçilərdən gizlətdiyini vurğulayıb.

Öz növbəsində Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern, atıcının Rusiyaya məktub göndərmək imkanına sahib olmamalı olduğunu söyləyib.

"Sadəcə, belə əlaqələr olmamalı idi" deyə Ardern bildirib.

Xatırladaq ki, martın 15-də iki Christchurch məscidində atışma baş vermiş, nəticədə ən az 50 nəfər həlak olmuşdur.

İyun ayında bildirildi ki, Yeni Zelandiya məscidlərində terror aktları törətməkdə günahlandırılan Brenton Tarrant təqsirini etiraf etməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
169

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
202

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
240

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
221

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
331

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
315

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
499
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 19:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru