Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2019
11:45
`Qarabağ`ın qazancı müəyyənləşdi: itirilən milyonlar

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək.

"Qarabağ" Çempionlar Liqasında III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb.

"Qarabağ"ı məğlub edərək, Çempionlar Liqasının pley-offuna yüksələn APOEL isə büdcəsini 9 milyon avro zənginləşdirib. Nikosiya təmsilçisi ÇL-in qrupuna vəsiqə qazansa, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq. Mübarizəni dayandıran komanda Avropa Liqasının qrup mərhələsinə yollanacaq və 2,92 milyon avro mükafat alacaq.

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran komanda 300 min avro qazanacaq. Ağdam klubu turnirin qrup mərhələsinə yüksəlsə, büdcəsini 2,92 milyon avro ilə zənginləşdirəcək.

Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro ilə büdcəsini zənginləşdirir.

Avropa Liqasının mükafatları:

Pley-offda məğlub olan komanda 300 min avro mükafat alacaq.

Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro;

Qrupda qələbə: 570 min avro;

Qrupda heç-heçə: 190 min avro;

Qrupun qalibi: 1 milyon avro;

Qrup ikincisi: 500 min avro;

1/16 finala vəsiqə: 0,5 milyon avro;

1/8 finala vəsiqə: 1,1 milyon avro;

1/4 finala vəsiqə: 1,5 milyon avro;

1/2 finala vəsiqə: 2,4 milyon avro;

Finala vəsiqə: 4,5 milyon avro;

Qalib: 4 milyon avro.

Məqalədə : Qarabağ futbol klubu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

10

Dekabr
15:38
İDMAN
190

Yuri Lujkov dünyasını dəyişdi

10

Dekabr
14:33
DÜNYA
307

Sabahın hava proqnozu açıqlanıb

10

Dekabr
13:04
ÖLKƏ
312

FHN: "EuroHome"da baş verən yanğın söndürülüb

10

Dekabr
12:27
HÜQUQ,HADİSƏ
459

Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10

Dekabr
11:58
NƏQLİYYAT
322

Tramp çevriliş cəhdindən danışdı

10

Dekabr
11:40
DÜNYA
249

Lavrov Vaşinqtona işgüzar səfər edib

10

Dekabr
10:55
DÜNYA
271
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 16:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru