Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2019
15:26
`Azərbaycan Dəmir Yolları`nın zərəri 1 milyard manatı keçib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 3 757,571 milyon manat təşkil edib.

Bu, 2017-ci il yanvarın 1-i ilə müqayisədə 3% çoxdur.

Hesabat dövründə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 13,9% artaraq 2 900,728 milyon manat, cəmi kapitalı isə 22,3% azalaraq 856,843 milyon manat, o cümlədən nizamnamə kapitalı 11% artaraq 806,062 milyon manat olub.

2017-ci ildə ADY-nin əməliyyat gəlirləri 384,648 milyon manat (2017-ci ilə nisbətən 5,95% çox), əməliyyat xərcləri 427,596 milyon manat (15,4% çox), digər xərcləri 510,286 milyon manat (8,6% az), mənfəət vergisi ödəmələri isə 2,309 milyon manat (1 il əvvəl qənaət edib) təşkil edib.

Son nəticədə ADY 2017-ci ili 555,543 milyon manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 11,85% çoxdur.

Hesabat dövründə qurumun yığılmış zərəri isə 2 dəfədən çox artaraq 1 103,384 milyon manata çatıb. Qeyd edək ki, səhmdar cəmiyyəti 2018-ci ilin yekunları ilə bağlı maliyyə hesabatını hələ açıqlamayıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
217

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
218

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
322
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 17:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru