Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2019
14:12
Əli Həsənovun qəza törətmiş nəvəsi azadlığa buraxılıb

Baş nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə günahkar bilinən Nail Allahverdiyevin haqqındakı qərar dəyişib.

Ali Məhkəmə N.Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.

N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin etmişdi.

Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2 avqust 2018-ci il tarixli qərarla N.Allahverdiyevin cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb.

Cinayət Məcəlləsinin 263-cü maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərdə təqsirli bilinən şəxslərə verilən azadlıqdan məhrumetmə cəzasının müddəti 5 ilə qədər olanda şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılır.

Azərbaycanda müəyyən istisnalarla, məhkumlar demək olar ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində qalmırlar. Cəzanın müddətinin və rejimin dəyişdirilməsinə, N.Allahverdiyevin həbsdən buraxılmasına baxmayaraq, yenə də narazı qalıb. Vəkili bəraət tələbilə Ali Məhkəməyə şikayət edib.

Ali Məhkəmə N.Allahverdiyevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Mənbənin sözlərinə görə, Ali Məhkəmə qərarında N.Allahverdiyevin üzərindəki azadlıqdan məhrumetmə cəzasını ləğv edib, şərti cəza verərkən evli, ali təhsilli olması, əvvəllər məhkum edilməməsi, yaşayış yerindən müsbət xarakterizə olması kimi hallara əsaslanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7786

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6579

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8203

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8069

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11787

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7827
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 06:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru