Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2019
19:22
3804
Uşağı iflic olan ata həkimləri qınayır, baş həkim isə problemin anada olduğunu deyir - VİDEO

İyulun 21-də ikinci dəfə ata olan Tural Əsgərov həkim səhlənkarlığından şikayətlənir. 

O, Baku TV əməkdaşlarına bildirib ki, Bayılda yerləşən 5 nömrəli Doğum evində uşağı dünyaya gəldikdən iki gün sonra həkimlər onda heç bir problemin olmadığını deyiblər.

Daha sonra isə körpəni ümumi yoxlanış üçün OMD kimi tanınan Kübra Fərəcova adına Elmi Tədqiqat İnstitutuna göndəriblər. Xəstəxanada müayinə zamanı məlum olub ki, uşağa hepatit uçün vurulan iynədən sonra həmin yer çirk edib. Burada da iki günlük müalicədən sonra körpənin vəziyyətinin yaxşı olduğunu deyən həkimlər onu evə buraxıblar:

“OMD-də baxdılar ki, uşağın ayaq hissəsində yara var. Bizdən yaranın nə olduğunu soruşdular. Dedik ki, biz də bilmirik, məlumat verilməyib. Təcili yardım işçiləri isə bildirdilər ki, yara olan yerə hepatitə görə iynə vurulub, yeri çirk edib. Burada iki gün yatmalıdır”.

Uşağın valideynləri bununla razılaşıb: 

“İki gün burada körpəmin qolunu kompres etdilər. Daha sonra dedilər ki, ümumi vəziyyəti normaldır”.

Evə getdikdən sonra temperaturu yüksələn uşağın bir qolu iflic olub.

Yenidən OMD-yə gətirilən körpəyə bətndaxili infeksiya diaqnozu qoyulub. Uşağın atası T.Əsgərov isə əlindəki analiz cavabları ilə israrla bildirir ki, həyat yoldaşı Rübabə Əsgərova hamilə olarkən dəfələrlə müayinələrdən keçib və mənfi heç bir şey aşkarlanmayıb:

“Həm 5 nömrəli qadın məsləhətxanasında, həm də Bayıl doğum evində dörd dəfə yatıb”.

Eyni hadisəni ikinci dəfə yaşayan ata deyir ki, birinci övladını da burada vurulan səhv antibiotik nəticəsində kar ediblər:

“İki uşağımı da beləcə əlil etdilər”.

Məsələ ilə bağlı 5 saylı Doğum evinin baş həkimi Xədicə Əhmədova ilə əlaqə saxladıq.

Adıçəkilən xəstəxanada doğuşdan qabaq R.Əsgərovaya heç bir problemi olmadığı deyilsə də, baş həkim bunu təkzib edir:

“Qadının bətndaxili infeksiyası olduğu uçun birinci övladı da kar doğulub”.

Məqalədə : azyaşlı iflic uşaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
103

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
860

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
86

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
208

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
148
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 20:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru