Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2019
15:00
3718
Azərbaycan Rusiyaya etiraz edəcək - Qarabağda çəkilən filmə görə

Azərbaycan Mədəniyyət Nazirliyi erməni və rusiyalı kinorejissorların işğal altındakı Dağlıq Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiya Mədəniyyət Nazirliyinə müraciət edəcək. 

Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.

O qeyd edib ki, hazırda Mədəniyyət Nazirliyinin müraciəti hazırlanır və müraciət yaxın günlərdə Rusiya Mədəniyyət Nazirliyinə göndəriləcək. 

Xatırladaq ki, erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayeva işğal altındakı Dağlıq Qarabağda “Valter” adlı film çəkməyə hazırlaşırlar. Filmdə məşhur fransalı aktyor Bibi Naseri də rol alacaq. Artıq məsələ ilə bağlı Moskvanın Azərbaycan İcması Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.(apa)

Məqalədə : Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
129

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
991

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
198

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
354
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 21:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru