Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2019
13:48
1735
Atambaev iqamətgahına edilən hücumdan sonra altı cinayət işi açıldı

Qırğızıstan daxili işlər nazirinin müavini Suyun Omurzakov Qırğızıstan Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Almazbek Atambayevin tərəfdarları arasında Koy-Taş kəndində baş verən qarşıdurmadan sonra altı cinayət işinin açıldığını söyləyib.

FaktXəbər-in "İnterfaks"a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyi "xuliqanlıq", "qətl", "cinayətə cəhd" və "girov götürmə" maddələri ilə cinayət işi qaldırıb.

O, Atambayev tərəfdarlarına qarşı əçəliyyat keçirən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarının silahsız olduğunu qeyd edib.

Avqustun 7-də Qırğızıstanın xüsusi xidmət orqanları eks-prezident Almazbek Atambayevin Koy-Taş kəndindəki iqamətgahında onun tutulması üçün əməliyyata başlayıblar. Son məlumatlara görə, hücum nəticəsində 52 nəfər yaralanıb, 1 nəfər ölüb.

Atambayevin tərəfdarları altı xüsusi təyinatlı əsgəri girov götürüblər. Səhiyyə Nazirliyi vəziyyətlərinin orta ağır olduğunu bildirib.

Sabiq prezidentin tutulması mümkün olmayıb. Atambayev Bişkekdə mitinq keçirmək niyyətində olduğunu bildirib.

Məqalədə : Almazbek Atambayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
107

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
863

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
89

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
213

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
152
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 20:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru