Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2019
10:40
Bakı-Sumqayıt yolunda üç avtobus toqquşub, tıxac yaranıb

Bu gün saat 08.00 radələrində Bakı-Sumqayıt yolunda yağışlı hava şəraitində 525 saylı marşrut xəttinə məxsus olan sərnişin avtobusu "Hyundai" markalı digər avtobusla toqquşub.

Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobusun toqquşması nəticəsində Bakı-Sumqayıt magistralında sıxlıq müşahidə edilir. 

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib. Qeyd olunub ki, hazırda DANX-ın və DYP-nin əməkdaşları hadisə yerindədirlər. 

İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb. Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb.

Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.

Avtoqəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.(apa)

Məqalədə : Bakı Sumqayıt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
356

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
261

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
261

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
311

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
666

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 02:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru