Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2019
09:50
2748
Səngəçal qəsəbəsində qatar uşağı vurub

Avqustun 5-də, saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki stansiyasının I yoluna daxil olarkən, 12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov  ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərkən, qəfil qatarın qabağına çıxıb. 

Bu barədə Faktxeber.com-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi briqadası çağrılmış, ilkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları və ADY-nin əməkdaşları araşdırma aparır. 

Məqalədə : Səngəçal qəsəbəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
124

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
984

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
193

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
349
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 21:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru