Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2019
17:25
Kadırovun Qroznıdakı böyük iqamətgahının görüntüləri yayıldı - FOTO

Novosibirskdən olan fotoqraf Slava Stepanov sosial şəbəkədə Qroznıda quş gözü ilə çəkilmiş  fotolar yayımlayıb.

FaktXəbər-in məlumatına görə, o, şəhərin əsas görməli yerlərini - Axmat Kadırov meydanını, "Çeçenistanın Ürəyi" məscidini, Vladimir Putin prospektini, çiçək parkını, "Qroznı-Siti" biznes məhəlləsini və Çeçenistan prezidenti Ramzan Kadırovun iqamətgahını görüntüləyib.

"XXI əsrin əvvəllərindən başlayaraq hərbi əməliyyatlar nəticəsində demək olar ki, tamamilə məhv edilmiş iki vətəndaş müharibəsindən çıxan Qroznı fəal şəkildə bərpa olunub. Ciddi yatırımlar nəticəsində Qroznıda müasir yaşayış sahələri, məscidlər, ticarət mərkəzləri, muzeylər, idman obyektləri yaradılıb", - deyə Stepanov yazır.

Sosial şəbəkə istifadəçiləri Kadırovun iqamətgahından xüsusilə heyran qalıblar. Saray üslubunda tikilib, çəmənliklər və çiçək sahələri, həmçinin su kanalları olan bir parkla əhatə olunub. Daha əvvəl "Novaya qazeta" Çeçenistan rəhbərinin iqamətgahının binasının Sankt-Peterburqdakı "Qış Sarayı" ilə müqayisə edildiyini yazmışdı. 2012-ci ilə qədər iqamətgahın inşasına və tənzimlənməsinə təxminən 10 milyard rubl (bu günə olan məzənnə ilə 260000000 AZN) xərcləndiyi bildirilir.

Hər il Çeçenistan hökuməti Kadırovun iqamətgahına xidmət göstərmək üçün bir neçə auksion keçirir. 2018-ci ildə bu müqavilələrin ümumi ilkin dəyəri KİV-in hesablamasına görə 85 milyon rublu keçmişdi.

Məqalədə : Ramzan Kadırov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7746

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6539

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8157

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8024

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11702

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7787
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 03:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru