Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2019
16:53
2172
Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı tikilir

Prezident İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası artan yük və sərnişin tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, avqustun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında görülən işlərlə maraqlanıblar.

Məlumat verilib ki, uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Ümumi sahəsi 250 kvadratmetr olan zolaqda əsas tikinti işləri başa çatdırılıb, uçuş və enmə zonasında maneələr aradan qaldırılıb. Zolağın alt qatı mərhələli şəkildə bərkidilib, mühəndis-kommunikasiya xətləri, eləcə də yağış və qrunt sularının axıdılması üçün drenaj və kollektorlar çəkilib, asfalt örtük salınıb. Tikinti işləri iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınmaqla aparılır, keyfiyyətli tikinti materiallarından istifadə olunur.

Uçuş-enmə zolağının naviqasiya və işıqlandırma sistemləri də tam müasir tələblər səviyyəsində olacaqdır. Gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağı hər iki istiqamətdə işıq-siqnal avadanlıqları ilə təmin olunacaqdır. Tikinti işləri aparılarkən ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün avtomatlaşdırılmış metroloji radiolokator quraşdırılıb, radiorabitə vasitələri yenilənib. Bu da yerli və beynəlxalq dəhlizlər üzrə hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verəcəkdir. Uçuş-enmə zolağında enişə yaxınlaşma sistemlərinin quraşdırılması hesabına dumanlı hava şəraitində qərarın qəbul edilməsi hündürlüyü 30 metrdən 400 metrədək olacaqdır. Yaradılan şərait hava limanının tam fasiləsiz fəaliyyət göstərməsinə, ən əsası isə geniştutumlu istənilən hava gəmilərinin qəbuluna imkan verəcəkdir.

Ali Məclisin Sədri uçuş-enmə zolağının inşasında əməyi olanlara təşəkkürünü bildirib, keyfiyyətin bundan sonra da diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
41

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
129

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
86

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
31

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
148

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
50
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 01:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru