Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2019
16:23
2919
AvtoVAZ bütün `Lada` modellərində qiymətləri artırdı

Avqustun 1-dən etibarən AvtoVAZ bütün "Lada" modellərinin qiymətləri təxminən 1% artırıb. 

FaktXəbər bildirir ki, bu barədə TASS şirkətin mətbuat xidmətinə istinadən məlumat verib.

"Bəli, belədir. Qiymət artımı tədarükçülərlə əlaqəli deyil. Dəqiq - 0,9%", - AvtoVAZ-ın mətbuat xidməti müvafiq suala cavab verib.

Avtomobil zavodunun ən böyük satıcılarından biri olan "Autoworld" da avqustun 1-dən etibarən "Lada" markalı avtomobillərin qiymətinin artdığını açıqlayıb.

Bildirilir ki, sözügedən qiymət artımı ilin əvvəlindən bəri artıq üçüncüdür. 2019-cu ilin yanvar ayında bütün "Lada" modelləri orta hesabla 3%, iyulda bəzi modellər təxminən 1% bahalaşmışdı.

Qeyd edək ki, "AvtoVAZ" Rusiyada ən böyük avtomobil istehsalçısıdır və Renault - Nissan - Mitsubishi alyansının üzvüdür.

Məqalədə : Lada AvtoVaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
124

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
984

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
193

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
349
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 21:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru