Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2019
16:35
`Diqlas`da sahibkarlara ödənilən məbləğ açıqlandı - RƏSMİ

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində maddi zərər çəkən sahibkarlara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

Bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanmış cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq tədbirlərinin icrası təmin edilib, binaya və sahibkarlara vurulmuş ziyanın həcminin, habelə cinayət təqibi ilə əlaqədar əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə çoxsaylı ekspertizalar təyin edilib, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilmiş istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

Xüsusilə vurğulanıb ki, baş vermiş hadisə ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmaqla, ümumilikdə yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilib.

Məqalədə : diqlas 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43295

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41588

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43234

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42677

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48214

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42756

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43174
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 14:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru