Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2019
16:05
633
Magistraturanın nəticələri açıqlanıb

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Faktxeber.com-a bildirilib ki, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 1-də (günün ikinci yarısında) “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 814 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 456 nəfər (o cümlədən 43 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.

Boş qalan plan yerlərinə qəbul olanlar avqustun 15-dən 23-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Məqalədə : Magistratura 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
131

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
992

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
199

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 21:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru