Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2019
11:25
Polis Bakıda əməliyyat keçirib, silah və narkotik aşkarlanıb - FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq silah-sursat gəzdirən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Yasamal rayon sakini Firuz Kərimov Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb.

Onun idarə etdiyi “VAZ 2121” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ola məxsus olduğunu etiraf edib.

Baş İdarə ənməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıb. Onun Abşeron rayonu, Quşçuluq massivində yerləşən evinə baxış zamanı satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 980 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun Bakı şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.

Baş İdarə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Biləsuvar rayon sakini Qadir Qarayev paytaxt ərazisində tutulub. Onun idarə etdiyi “QAZ 2411” markal avtomobilə baxış zamanı külli miqdarda 1 kiloqramdan artıq narlkotik vasitə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs heroini yaşadığı rayondan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədi ilə Bakı şəhərinə gətirən zaman polislər tərəfindən saxlanıldığını qeyd edib.

Qeyd edilən hər 3 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Məqalədə : polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
244

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
372

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
300

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
589
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 06:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru