Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
12:47
Bakı-Sumqayıt yolunda təmir başlayır - XƏBƏRDARLIQ

Bu gün səhər saat 10.00-dan etibarən “Azəriqaz” İstehsalat Birliyi Bakı-Sumqayıt yolunun, “Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən hissəsində təmir-tikinti işlərinə start verib.

Bu barədə Faktxeber.com-a "Azəriqaz"dan məlumat verilib. Əraziyə texnika və işçi heyət cəlb olunub.

Qeyd edək ki, diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və s. amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb. Bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.

Haqqında danışılan qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib, həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib. Artıq qazıntı işlərinə başlanılıb və “Azəriqaz”ın əməkdaşları qeyri-iş günlərində də təmir-tikintiyə cəlb olunacaqlar. Ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tənzimləyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya "YouTube"un rəqibini yaradacaq

16

Dekabr
11:15
DÜNYA
251

Qusarda kütləvi zəhərlənmə olub

16

Dekabr
10:50
ÖLKƏ
215

AMB-nin valyuta məzənnələri

16

Dekabr
09:44
İQTİSADİYYAT
211
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 15:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru