Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
12:10
1147
`YPX maketini görən sürücü dərhal bunu sosial şəbəkələrdə paylaşmamalıdır`

Respublika yollarında qoyulmuş Yol Patrul Xidməti (YPX) avtomobillərinin maketləri sürücüləri məsuliyyətə cəlb etmək məqsədi daşımır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən maketlər sürücüləri məsuliyyətə cəlb etmək deyil, təhlükəsizliyi təmin etmək məqsədilə qoyulub:

“Məqsəd sürücülərin yol hərəkəti qaydalarına riayət etməsini təmin etməkdir. Yəni sürücülər həmin maşınları görəndə doğru olduğunu zənn edib sürət həddini azaltsınlar, qayda pozuntusuna yol verməsinlər. Onu da nəzərə alsınlar ki, bu maketlərin yanında hər zaman həqiqi YPX maşınları və əməkdaşlarımız da ola bilər”.

K.Əliyev deyib ki, Hazırda bir çox avtomobil magistrallarında belə maketlər qoyulub:

“Biz onların dəqiq sayını və yerlərini açıqlamırıq. Maketləri görən sürücülər digərlərini bu barədə xəbərdar edir. Lakin biz inanırıq ki, bu təşəbbüs yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının qarşısını alacaq. Çünki qayda pozuntusu ətrafda olan digər nəqliyyat vasitələrinə təhlükə yarada bilir. Digər sürücülər də belə məqamlarda yol hərəkəti qaydalarını pozmaq məcburiyyətində qalırlar. Ona görə də kimsə yolda YPX maketi gördüyü təqdirdə, dərhal onun koordinatlarını sosial şəbəkələrdə paylaşmamalıdır”.

Şöbə rəisi qeyd edib ki, dünya ölkələrində də belə təcrübə var:

“Dünya ölkələrində də bu layihədən istifadə edilir. Bu, sürücüləri qayda pozuntusuna yol verməkdən çəkindirir. Düşünürük ki, eyni müsbət nəticələr bizdə də müşahidə olunacaq”. (oxu.az)

Məqalədə : YPX maketlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
185

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
292

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
226

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
171

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
189

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
147
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 22:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru