Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
10:34
1390
Rəqabətin çox olması III ixtisası seçənlərə çətinlik yaradıb

“III ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 15074 abituriyent var. Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan amma 150 ballıq ixtisas seçiminə icazə verilən 2391 abituriyent var. Ümumilikdə 150  baldan yuxarı III ixtisas qrupunda 17465 abituriyent ixtisas seçiminə buraxılıb.

Amma III ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 11271 (2018-ci ildə 10601-idi) yerdir. Bu o deməkdir ki, III ixtisas qrupu üzrə istənilən halda ümumi 6194 müsabiqə şərtini ödəmiş (200  baldan çox bal toplayan abituriyent 3.803 abituriyent) ali məktəbə qəbul ola bilməyəcək, yəni el dilində desək, kəsiləcək. Bura düzgün ixtisas seçimi edə bilməyənləri də əlavə etsək, bu rəqəm arta bilər”.

Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert 350-dən az bal toplayan abituriyentlərin  daha diqqətli olmasını xüsusi qeyd edib:

“Onlar öz ballarından yuxarı yerləri yazmasınlar. Çünki plan yerinin 11.271 olduğunu nəzərə alsaq və bu sayda abituriyentin 280-290 ballıq arada tamamlandığını düşünsək, onların vəziyyətinin çətin olduğunu görərik. 

Amma III qrupda 500 və daha çox bal toplayanların imkanları keçən illə müqayisədə yaxşıdır.

Bu il ödənişsiz plan yerlərinin III ixtisas qrupunda 1607 yer artaraq 3782 yer olması (2108-ci ildə ödənişsiz plan yeri 2175 idi) onların ödənişsiz ixtisaslara qəbul olma imkanını artırıb. 

III ixtisas qrupunda 2018-ci ildə yüksək ballı (580-630 bal arası) ixtisaslarda 30-50 bal enmə olacaq, amma aşağı ballı, ödənişsiz ixtisaslarda azı 30-50 bal artım ola bilər”. 

Kamran Əsədov bildirib ki, digər ixtisas qruplarında, xüsusilə II ixtisas qrupunda isə istər ödənişli, istərsə də ödənişsiz ixtisaslarda çox ciddi, hətta 60-70 bal enmə olacaq:

“Çünki II ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 8170 abituriyent var.

Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan amma 150  ballıq ixtisas seçiminə icazə verilən 1996 abituriyent var. Ümumilikdə 150  baldan yuxarı II ixtisas qrupunda 10166 abituriyent ixtisas seçiminə buraxılıb. Amma II ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 14181 (2018-ci ildə 13395-idi) yerdir. Bu o deməkdir ki, II ixtisas qrupu üzrə istənilən halda müsabiqə şərtini ödəmiş bütün abituriyentlər tələbə adını qazanacaq və hətta 4015 plan yeri də boş qalacaq ki, bu da subbakalavrların şansını bu ixtisas qrupunda artırır”.

Məqalədə : imtahan 3-cü qrip 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
124

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
875

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
99

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
227

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
108

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 21:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru