Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2019
19:10
Nazirlik 10 yeni reabilitasiya mərkəzləri yaradacaq

Prezident İlham Əliyevin  “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamı əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiya imkanlarının artırılması sahəsində də mühüm addımların atılmasına şərait yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Faktxeber.com-a bildirilib ki, sərəncamın icrası çərçivəsində əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulur. 

Bu mərkəzlərdə qeyd edilən kateqoriyadan olan vətəndaşların peşə-əmək reabilitasiyası, onların yeni peşə bacarıqlarına yiyələnmələri, özünüməşğulluğunun, əmək bazarına çıxışının  dəstəklənməsi, habelə cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmalarına şərait yaradılması istiqamətində işlər aparılacaq.

Hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində  1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəzdə müxtəlif peşələrlə yanaşı, tətbiqi sənət növləri üzrə kurslar da fəaliyyət göstərir. Burada gənclərin sosial reabilitasiyasına, onlarda özünə, öz bacarığına güclü inam hissinin formalaşmasına, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılmasına yönəlik də ardıcıl işlər aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68804

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
66242

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
68065

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67406

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72877

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
67145

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67463
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-03-2021 02:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru