Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2019
19:11
Gömrük Komitəsinin rüşvət alan əməkdaşı işdən çıxarılıb

Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 28 iyun 2019-cu il tarixdə "İrşad Trade 2018" MMC-nin ünvanına konteynerlə daxil olmuş velosiped yüklərinin gömrük yoxlanmasını növbəti günə keçirməmək və tezləşdirmək müqabilində Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlunun qeyri-qanuni olaraq şirkət nümayəndəsindən 400 manat pul alması barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə məlumat daxil olub.

Dərhal Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi Duman Şeyxov saxlanılıb və faktla bağlı qanunvericiliyə uyğun olaraq araşdırma aparılıb. Aparılan araşdırmaların və gömrük əməkdaşının dindirilməsinin nəticəsi olaraq o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində qeyd olunan yüklərin boşaldılması və gömrük yoxlamasının tezləşdirilməsi müqabilində qeyri-qanuni 400 manat aldığını etiraf edib. Bundan sonra D.Şeyxov şalvarının sol cibində olan 4 ədəd 100-lük manat nominalında pul əskinaslarını könüllü olaraq təqdim edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlu "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən, tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülüb.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Məqalədə : rüşvət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
67509

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
64912

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
66781

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66025

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
71668

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
65849

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66192
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2021 22:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru