Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2019
10:21
Misirdəki `Əl-Əzhər`dən İsrailə tunel etirazı

Misirin «Əl-Əzhər» qurumu İsrailin, işğal altındakı Şərqi Qüdsün Silvan məhəlləsindən Burak (Ağlama) divarına  tunel açmasına etiraz edib.

Fakt Xeber.com-un verdiyi məlumata görə, Əhzər Qurumu bununla bağlı bəyanat yayıb.

Sənəddə sionistlərin Qüdsün  kimliyini dəyişdirmə cəhdləri qınanaraq, bunun regiondakı yanğını körüklədiyi bildirilib. Həmçinin beynəlxalq ictimaiyyətə İsrailin qanun pozuntularının qarşısının alınması üçün çağırış edilib.

Qeyd edək ki, dünən İsrail rejimi Məscidi-Əqsanın cənubunda - yəhudi inancına görə müqəddəs sayılan  Silvan Hovuzundan (Breikhat HaShiloah) Hərəmi Şərifin Burak Divarına çıxan tunelin açılışını həyata keçirib.

Tədbirdə deputatlar, nazirlərlə bərabər ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsi Jason Greenblatt və ABŞ-ın  İsraildəki səfiri David Friedman da iştirak edib.

Sözügedən tunel İsrail rejiminin Məscidi-Əqsanın ətrafı başda olmaqla yəhudilərə görə «Davud şəhəri» olaraq tanıdılan  Silvan məhəlləsi ilə Şərqi Qüds də daxil olmaqla turistik layihələrin, arxeoloji qazıntıların nəzərdə tutulduğu  «Shalem»   projesinin bir parçasıdır.

Fələstinlilər isə Şərqi Qüdsün öz dövlətlərinin paytaxtı olduğunu bildirərək, İsrailin yəhudiləşdirmə siyasəti çərçivəsində Şərqi Qüdsün müsəlman ərəb kimliyini dəyişdirməyə çalışdığını bildirir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
448

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
305

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
435

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
452
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-04-2021 20:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru