Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2019
12:43
2441
Yəmənli körpənin ölümü və ya BMT üçün rüsvayçılıq – VİDEO

Ürək klapanlarında yaranan problemlə əlaqədar xaricə çıxışına icazə verilməyən yəmənli körpə Amirə Abdulla Əl-Zaidi həyatını itirib. FaktXeber.com-un 26sep.org-a istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin aeroportu mühasirəyə alması həyata qədəm atmağa imkan tapmamış qızcığazın ölümü ilə nəticələnib.

Məlumata görə, həkimlərin məsləhətindən sonra yerli hökumət uşaqla bağlı BMT-nin Sanadakı ofisinə müraciət edərək körpənin xaricə çıxarılmasına izn verilməsini istəyib. Lakin koalisiya  BMT-nin bu xahişini də rədd edib.

Qeyd edək ki, körpə Amirədə ürək qüsuru Səudiyyə başda olmaqla koalisiya qüvvələrinin Yəmənin işğalı zamanı istifadə etdikləri kasset bombalar və zəhərli qazlı bombaların təsirindən yaranmışdı.

Uşağın ailəsi bildirib ki, Amirənin, eləcə də aeroportun bağlanmasına görə  həyatını itirən minlərlə insanın ölümü onların həyatını xilas etmə iqtidarında olmayan BMT üçün rüsvayçılıqdır.

Qeyd edək ki, Sana beynəlxalq aeroportu  2016-cı ilin avqustun 8-dən koalisiya qüvvələrinin mühasirəsindədir.

Məqalədə : Yəmən uşaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
110

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
130

Ərdoğan Azərbaycana səfərə yola düşüb

14

Oktyabr
12:29
SİYASƏT
68

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
103

Türk Şurasına sədrlik Azərbaycana keçdi

14

Oktyabr
11:29
SİYASƏT
66

Bakının 3 qəsəbəsində qaz olmayacaq

14

Oktyabr
10:23
ÖLKƏ
159
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 14:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru