Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2019
14:07
Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə arabir güclənib.

Departamentdən FaktXeber.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Ağdamda 23, Şahdağda, Daşkəsəndə 22, Xaltanda, Gədəbəydə 19, Zərdabda 16, Tərtərdə, Kişçayda 14, Göygöldə 13, Göyçayda, Şəmkirdə 12, Oğuzda 10, Altıağac, Quba, Şabran, Gəncədə 9, Naftalanda 8, Qusar, Kürdəmir, Tovuzda 7, Yevlax, İsmayıllıda 6, Bərdədə 5, Şəki, Mərəzə, Qəbələdə 4, Balakən, Ağdərədə 3, Qrız, Xınalıq, Xaçmaz və Ağstafada 2, Şamaxı, Mingəçevirdə 1 millimetr olub.

Ölkə ərazisində qərb küləyi əsib, arabir Naftalanda 32, Mingəçevirdə 28, Gəncədə 24, Bərdə və Ağstafada 16, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda saniyədə 19-28 metrədək güclənib.

Neft Daşları Stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Bu gün havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə enib.

Məqalədə : Xəzər külək dalğa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4994

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3398

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2702

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2243
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 21:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru