Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2019
12:34
DİM-ə ziyan vuran şəxsin məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Elvin Məmmədovun keçmiş iş yoldaşı Nail Seyfullayev ifadə verib.

"Risk" şirkətində anbardar işlədiyini deyən şahid vəzifəsinin anbarda mallara nəzarət etmək olduğunu deyib.

O qeyd edib ki, digər işçilər kimi Elvinin də imzası ilə anbardan mal çıxarılıb, amma malın hara, kimə, neçəyə satılmasından xəbəri yoxdur.

Şahid N.Seyfullayev Elvin Məmmədovu yaxşı işçi kimi tanıdığını bildirib.

Məhkəmədə şirkətin digər əməkdaşı Samir Aşımov və Tofiq Məmmədov da oxşar ifadə veriblər.

Şahidlərin ifadələrindən məlum olub ki, "yox" olan mallar əsasən Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilən mallara görə yaranıb. Belə ki, DİM-ə göndərilən kompüter avadanlığının pulu şirkətə ödənilməyib. Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb. Bu məsələ ilə bağlı qalmaqal başlayan zaman Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də xəbər tutub. Şirkət rəhbərliyi ilə M.Abbaszadə arasında da telefon danışığı olub. Məlum olub ki, kompüter avadanlığı DİM-ə yox, başqa bir quruma göndərilib.

Elvin Məmmədov da bunu etiraf etsə də, bildirib ki, bunu hansısa vəsaiti ələ keçirmək niyyəti ilə etməyib.

Proses iyulun 2-də davam edəcək.

Elvin Məmmdov həbs edilənə qədər kompüter avadanlığının satışını həyata keçirən "Happy Baku" MMC-də işləyib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib. (report)

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

21

Yanvar
18:05
ELM / TƏHSİL
2225

Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21

Yanvar
17:43
ELM / TƏHSİL
2137

Kriminal avtoritet “Osman Gəncinski” saxlanılıb

21

Yanvar
17:30
HÜQUQ,HADİSƏ
341

Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi

21

Yanvar
16:15
HÜQUQ,HADİSƏ
332

Şagirdlərin yerdəyişməsi dayandırlır

21

Yanvar
15:10
ELM / TƏHSİL
2648

Sumqayıtda cibgirlər saxlanılıb

21

Yanvar
15:02
HÜQUQ,HADİSƏ
284

Tağı Əhmədov bəzi deputatları tənqid edib

21

Yanvar
14:45
SİYASƏT
1836
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 07:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru