Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2019
11:06
Sabiq prezident: Silahlı müqavimət göstərəcəm

"Müqavimət göstərəcəyəm, mənim təltif olunmuş silahım var". FaktXəbər bildirir ki, bunu toxunulmazlığı ləğv edilən Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev deyib.

Onun sözlərinə görə, hazırda iqtidar onu ələ keçirmək üçün hazırlıq görür: "Mənim güc strukturları arasında çoxlu tərəfdarlarım var. Mən hər şeyə hazıram. Mən müqavimət göstərəcəm. Xəbərdarlıq edirəm: mənim təltif olunmuş tapançam var. Xalqımızın belə bir məsəli var ki, uzanaraq ölməkdənsə, cavab atəşi açmaq yaxşıdır. Bu əmri icra etməyə gələcək şəxslərə təəssüf edirəm. Əgər prokurorluğun sualı yaranarsa, bunu yazılı sürətdə göndərsinlər, cavablandıraq".

Qeyd edək ki, 27 iyun tarixində Qırğızıstan parlamenti sabiq prezident Almazbek Atambayevin toxunulmazlığının ləğvinə qərar çıxarıb. Bundan sonra sabiq prezident Koy-Taşe kəndindəki malikanəsində dairəvi mühafizə sistemi yerləşdirib.

Məqalədə : Qırğızıstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
304

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
491

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1527
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 20:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru