Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2019
12:50
BMT eksperti: Assanj Ekvador səfirliyində psixoloji işgəncələrə məruz qalıb

WikiLeaks saytının jurnalisti Culian Assanj Londonda Ekvador əfirliyində qalarkən uzun müddət psixoloji işgəncələrə məruz qalıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə İşgəncə məsələləri üzrə xüsusi hesabatçı Nils Melser keçirilən tibbi ekspertizalardan sonra Cenevrədə brifinqdə bəyan edib.

Melserin sözlərinə görə, Assanjla görüşə gedərkən özü ilə birlikdə işgəncə qurbanları ilə uzunillik təcrübələri olan bir psixiatr və bir məhkəmə tibbi ekspert götürüb. Həkimlər Beynəlxalq qəbul olunmuş standartlara uyğun olaraq Assanjı müayinə ediblər.

«Assanjın uzun müddət psixoloji işgəncələrə məruz qalan insanlar üçün ümumi olan əlamətləri göstərdiyini gördük -  çox nervozluq, posttravmatik stress, düşünmə zəifliyi və psixi pozğunluq. Konfidensial olduğu üçün  bütün tibbi diaqnozları aça bilmərik, lakin bu çox ciddi simptomlardır», - deyə o, bəyan edib.

Ekspert Assanjın 6 il təcrid olunduğunu və bu müddət ərzində qətlə çağırış  və təhqirlər də daxil olmaqla ictimai  təcavüzə məruz qaldığını vurğulayıb.

21-ci əsrin ən qalmaqallı personalarından biri sayılan “WikiLeaks”ın qurucusu Culian Assanj ABŞ-ın gizli diplomatik yazışmalarını bütün dünyaya faş edib. O, 2006-cı ildə Amerika hərbi qüvvələrinin İraqda keçirdiyi qanunsuz əməliyyatları ifşa etmiş, helikopterlə keçirilən əməliyyatlardan biri zamanı 18 mülki vətəndaşın güllələnərək öldürüldüyünü nümayiş etdirmişdi. Culian Assanj ona məxsus gizli teletaypları açıqladığı üçün Amerika Birləşmiş Ştatlarının qəzəbinə gəlib. Məlumatın mediaya sızması Amerika hökumətinin imicinə ağır zərbələrdən biri hesab edilir.

2014-cü ilin noyabrında isə C.Assanjın qiyabi şəkildə apelyasiya məhkəməsi baş tutub.Assanc Amerika hökumətinə məxsus məxfi sənədləri ifşa etməkdə və İsveçdə cinsi zorakılıq törətməkdə (o, özü bu ittihamı rədd edir) ittiham olunub. Assanjın vəkili onun həbsinə dair qərarın ləğv edilməsi üçün apelyasiya məhkəməsinə müraciət etmişdi.İsveçdə keçirilən məhkəmə Assanc üçün uğursuz nəticə vermiş, hakimlər həbs qərarını ləğv etməmişdilər. Assanc 2012-ci ilin iyun ayından etibarən Böyük Britaniyanın paytaxtı Londonda Ekvadorun bu ölkədəki səfirliyində siyasi sığınacaq əldə edib.

2018-ci ilin yanvarında isə bəlli olub ki, Ekvador “WikiLeaks”in təsisçisi Culian Assanjı ölkəsinin Londondakı səfirliyindən qovmaq niyyətindədir. Assanc Ekvador prezidenti Lenin Morenonu onun müttəfiqləri barədə yazdığı tvitlərlə qəzəbləndirib. Daha öncə isə məlum olmuşdu ki, Assanc Ekvator prezidentindən onu haker adlandırdığı üçün inciyib. Wikileaks portalının baş redaktoru bu cür xarakteristika ilə razılaşmayıb və özünün jurnalist olduğunu xüsusi vurğulayıb.

Məqalədə : Assanj Assance WikiLeaks 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
280

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
406

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1284
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 12:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru