Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2019
12:21
3455
Bu da onlardan biridir - FOTO

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin 14-cü Polis Bölməsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Nahid Əliyev saxlanılıb. Ona məxsus qəsəbə ərazisində yerləşən evin həyətindəki hər birinin sahəsi 250 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 244 kiloqram olan 912 ədəd çətənə kolu aşkar edilib.

N.Əliyev narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı N.Əliyevin yaşadığı evdən əlavə olaraq 650 qram qurudulmuş marixuana və elektron tərəzi da aşkar edilərək götürülüb.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Məqalədə : Maştağa çətənə kolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

23

Sentyabr
20:23
AİLƏ, SAĞLAMLIQ
134

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
394

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
277

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
254

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
280

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
276

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
334

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
291
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 23:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru