Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyun

2019
15:51
522
Ayətullah Xamenei: Əgər təslim olsanız, onlar sizi əldə etmiş olacaqlar

İranın paytaxtı Tehranda hüquq sistemi əməkdaşları ilə görüşən Ali lider Ayətullah Seyid Əli Xamanei bildirib ki, Amerika öz məqsədlərini təzyiq yolu ilə əldə edə bilmədiyi üçün danışıqlar istədi.

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, Ayətullah Xamenei, "inkişam etmək üçün bizimlə danışıqlar aparın deyirlər. Bəli, biz inkişaf edirik, amma sizsiz. Pəhləvilər dövründə siz hər şeyə nəzarət edirdiniz. İran hər gün geriyə addım atırdı. Siz o zamanlarda İran xalqının geridə qalmasının səbəbkarısınız. Danışıqlar onlar üçün başqalarını aldadaraq öz istəklərinə razı salmaq üçün bir üsuldur. Onlar İran xalqının dövlətindən, ona qarşı addım atmaqdan qorxurlar. Siz əlinizdə silah saxlıyırsız və qarşı tərəf sizə yaxınlaşmağa cəsarət edə bilmir. Onlar sizə deyirlər: "Silahı yerə qoyun." Bununla da sizə zərər yetirəcəklər. Bu, onların "danışıqlar" dedikdə nəzərdə tutduqları niyyətləridir. Əgər  təslim olsanız, onlar sizi əldə etmiş olacaqlar", - deyə bildirib.

Ali lider çıxışının davamında ABŞ-ın istəklərini qəbul etməməyi tövsiyə edib: "Əgər onların bu cür danışıqlar istəyini qəbul etməsəniz, bir qədər də qabağa gedərək təzyiqləri davam etdirəcəklər. Onlar bir təyyarənin göyərtəsində 300 nəfəri öldürürlər, Səudiyyə Ərəbistanına Yəmən cinayətlərini törətməyə kömək edirlər, sonra da insan haqlarından danışırlar."

Məqalədə : İran ABŞ Ayətullah Xamenei 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
50

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
80

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
117

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
152

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
143

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
693

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
515
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 16:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru