Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyun

2019
13:05
Xəzərin səviyyəsinin aşağı düşməsi təhlükəlidir?

Xəzər dənizində səviyyə dəyişmələri periodik olaraq baş verir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur:

“Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim tərəddüdləri, yəni azalıb - çoxalma, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir. Sonuncu dəfə, ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə ğörə, hazırda  səviyyə bir metrdən çox aşağı düşüb”.

R.Səttarzadənin sözlərinə görə, bu sahəni tədqiq edən alimlər düşünür ki, Xəzər dənizinin artıb- azalmasını uzunmüddətli proqnoz etmək mümkün deyil:

“Çünki adətən bu proqnozlar bir müddət keçdikdən sonra özünü doğrultmur. Tərəfimizdən bu məsələyə xüsusi diqqət yetirilir və alimlərlə, mütəxəssislərlə müzakirələr aparılır. Bu günlərdə AMEA-nın alimləri ilə bu mövzuda növbəti görüş keçiriləcək”.

Şöbə müdiri onu da əlavə edib ki, dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin  hidrometeoroloji müşahidə məntəqələrində müşahidələr aparılır və dənizdə fəaliyyət göstərən qurumlara, xüsusilə neft-qaz əməliyyatları şirkətlərinə, dəniz nəqliyyatçılarına, limanlara dənizin səviyyəsi barədə erkən xəbərdarlıq edilir ki, fəaliyyətlərini duruma uyğun planlaşdıra bilsinlər:

“Hazırda Xəzər dənizinin səviyyəsinin son 10 ildə aşağı düşməsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur”.

Məqalədə : xəzər dənizi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanvarın 29-na manatın məzənnəsi

28

Yanvar
17:35
İQTİSADİYYAT
264

Rusiyanın Liviya planı: 5+5

28

Yanvar
16:19
DÜNYA
430

Putin Vahid Ələkbərovla görüşəcək

28

Yanvar
15:54
DÜNYA
302

Bakıda torpağın qiyməti bahalaşıb

28

Yanvar
15:50
İQTİSADİYYAT
406

Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi

28

Yanvar
15:40
HÜQUQ,HADİSƏ
296

Su sayğaclarını oğurlayanlar ələ keçib

28

Yanvar
15:28
HÜQUQ,HADİSƏ
296

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

28

Yanvar
14:37
HÜQUQ,HADİSƏ
282

Qətər baş naziri istefa verib

28

Yanvar
14:27
DÜNYA
297
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 04:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru