Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2019
11:09
İstanbulda Binəli Yıldırımla Əkrəm İmamoğlunun təkrar mübarizəsi başladı-VİDEO

İstanbulda təkrar bələdiyyə seçkiləri başlayıb. FaktXeber.com-un Türkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, səsvermə yerli vaxtla 08.00-da başlayıb və 17.00-a kimi davam edəcək.

Səsvermədə 10,500000-dən artıq insanın iştirak edəcəyi gözlənilir.

Məlumata görə, seçki qutularına nəzarət edən şəxslər səsvermədən əvvəl and içiblər: «Heç bir təsir altında qalmadan heç kimdən qorxmadan, seçki nəticələrinin tam və doğru olaraq müəyyənləşməsi üçün vəzifəmimi qanuna görə, doğru yerinə yetirəcəyimə namusum, vicdanım və bütün  müqəddasatım üzərinə and içirəm».

Qeyd edək ki, təkrar bələdiyyə seçkilərində əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir. 

Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb. Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

21

Yanvar
18:05
ELM / TƏHSİL
2225

Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21

Yanvar
17:43
ELM / TƏHSİL
2132

Kriminal avtoritet “Osman Gəncinski” saxlanılıb

21

Yanvar
17:30
HÜQUQ,HADİSƏ
341

Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi

21

Yanvar
16:15
HÜQUQ,HADİSƏ
332

Şagirdlərin yerdəyişməsi dayandırlır

21

Yanvar
15:10
ELM / TƏHSİL
2648

Sumqayıtda cibgirlər saxlanılıb

21

Yanvar
15:02
HÜQUQ,HADİSƏ
284

Tağı Əhmədov bəzi deputatları tənqid edib

21

Yanvar
14:45
SİYASƏT
1836
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 07:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru