Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2019
16:11
İran sərhədi pozan patrul təyyarəsini görsə də, vurmayıb
PUA-ya isə raket atmazdan əvvəl xəbərdarlıq yollanıb

İran Pilotsuz Uçuş Aparatının  arxasınca uçan və göyərtəsində 35 nəfər olan  Amerikanın patrul təyyarəsini görsə də vurmayıb. FaktXeber.com-un Təsnim-ə istinadla verdiyi məlumata görə bu barədə İİR İslam İnqilabının Keşikçiləri Korpusunun  HHQ-nin komandanı Əmir Əli Hacızadə bəyan edib.

«ABŞ-a məxsus PUA ilə birlikdə Amerikanın göyərtəsində 35 nəfərin olduğu P8 təyyarəsi də olub. Bu təyyarə də bizim hava məkanımızın sərhədlərini pozub. Biz onu vura bilərdik, lakin etmədik. Çünki dronu vurmaqla  biz Amerika terrorçu qüvvələrinə öz xəbərdarlığımızı elədik», - deyə o, bildirib.

Komandan həmçinin bildirib ki, İran hərbçiləri ABŞ-a məxsus Pilotsuz Uçuş Aparatına sonuncu dəfə hücumdan 10 dəqiqə əvvəl xəbərdarlıq yollayıb.

«İran RƏM qüvvələri ABŞ-ın kəşfiyyat dronuna  sonuncu xəbərdarlığı 03:55-də ediblər, lakin onlar buna fikir vermədiklərindən pilotsuz təyyarə 04:05-də (yerli vaxtla) vurulub», - deyə o, bildirib.

Xatırladaq ki, iyunun 21-nə keçən gecə ABŞ ordusuna məxsus "Global Hawk" tipli pilotsuz təyyarəsi İranın cənub sərhədinə daxil olduğu üçün Hörmüzqan vilayətində yerə salınıb. Buna qədər ABŞ Müdafiə Nazirliyi açıqlamışdı ki, kəşfiyyat məlumatlarının toplanması üçün Yaxın Şərqə təyyarələr, pilotsuz uçuş aparatları və "Patriot" raketlərini göndərəcək.

İlk əvvəl Birləşmiş Ştatlar pilotsuz uçuş aparatının vurulmasını təkzib etsə də, sonradan belə bir hadisənin baş verdiyini etiraf etmiş, lakin dronun beynəlxalq hava məkanında vurulduğunu bildirmişdi.

Bundan sonra Tramp İrana hücum əmri vermiş, lakin sonra əmri geri çəkmişdi.

Məqalədə : İran pilotsuz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
377

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
285

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
301

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
277

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
402

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
381

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
581
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 13:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru