Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2019
14:55
438
Ali Məhkəmənin sədrinin maaşı artırılır

Ali Məhkəmənin sədrinin maaşı artırılır.

Bununla bağlı “Məhkəmələr və Hakimlər haqqında” qanun layihəsinə dəyişiklik olunur. Belə ki, qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) ediləcək dəyişikliklə Ali Məhkəmə sədrinə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində aylıq pul təminatı veriləcək.

Bundan əvvəl Ali Məhkəmənin sədrinə 2280 manat aylıq vəzifə maaşı verilirdi.

Hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 3712 manatdır.

Eyni zamanda Azərbaycanda hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək. 

Bununla bağlı “ Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir. 

Qanun layihəsinin 107-ci maddəsinə (Hakimlərin məzuniyyət müddəti və haqqı) təklif olunan dəyişikliyə görə, hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir. 

Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və 2 aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.

Məqalədə : Ali Məhkəmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
336

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
228

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
211

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
240

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
230

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
296

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
242

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
257
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 20:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru