Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2019
12:28
Rusiya: ABŞ İran ilə müharibənin nəticələrini yaxşı düşünməlidir

ABŞ və İran arasında münaqişə təhlükəsi hələ bitməyib. FaktXeber.com-un MK-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın XİN rəhbərinin müavini Serqey Ryabkov bəyan edib.

Onun sözlərinə görə, vəziyyət ən son həddə balanslaşıb: "ABŞ bilərəkdən xətti kəskinləşməyə doğru çəkərək, vəziyyəti açıq münaqişə uçurumuna aparır".

Ryabkov vurğulayıb ki, Moskva Vaşinqtonu Tehrana münasibətdə tələsik addım atmaqdan çəkinməyə və İranla müharibənin nəticələrini yaxşı düşünməyə çağırıb.

Yeri gəlmişkən Tramp Omman vasitəsilə İrana mesaj göndərərək müharibə deyil, müzakirə istədiklərini deyib və bunun üçün İrana vaxt verdiyini deyib.

Xatırladaq ki, iyunun 21-nə keçən gecə ABŞ ordusuna məxsus "Global Hawk" tipli pilotsuz təyyarəsi İranın cənub sərhədinə daxil olduğu üçün Hörmüzqan vilayətində yerə salınıb. Buna qədər ABŞ Müdafiə Nazirliyi açıqlamışdı ki, kəşfiyyat məlumatlarının toplanması üçün Yaxın Şərqə təyyarələr, pilotsuz uçuş aparatları və "Patriot" raketlərini göndərəcək.

İlk əvvəl Birləşmiş Ştatlar pilotsuz uçuş aparatının vurulmasını təkzib etsə də, sonradan belə bir hadisənin baş verdiyini etiraf etmiş, lakin dronun beynəlxalq hava məkanında vurulduğunu bildirmişdi.

Bundan sonra Tramp İrana hücum əmri vermiş, lakin sonra əmri geri çəkmişdi.

Məqalədə : İran pilotsuz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42908

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41222

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42775

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42296

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47783

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42229

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42597
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2020 11:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru