Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2019
17:12
1738
İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

Təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın qəbri üzərində təhqiredici hərəkətlər edilib.

Faktxeber.com bildirir ki, bu barədə vəkil Emin İsayev məlumat yayıb.

O qeyd edib ki, E.Hacıyevanın qəbri üzərində təhqiredici hərəkətlərin edilməsi ilə bağlı cinayət işi başlanıb:

Hazırda iş üzrə Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə bağlı cinayət işi başlanıb. Polis tərəfindən araşdırma aparılır. İşin gedişatı ilə bağlı araşdırma aparılır”.

Vəkil onu da bildirib ki, E.Hacıyevanın işi üzrə komission ekspertiza yekunlaşıb və Bakı Şəhər Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məqalədə : Elina Hacıyeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
240

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
965

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
176

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
342

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
209

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
263
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 06:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru