Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2019
12:17
2498
Ərdoğanı devirmək istəyənlərin hər birinə 141 il həbs cəzası

Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 İyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdi zamanı Baş Qərargah İdarəsindəki əməliyyatlara dair aralarında "Yurdda Sülh Şurası" üzvlərinin də olduğu 224 müttəhim barəsədində aparılan "Baş Qərargah məhkəməsi" işində qərar açıqlanıb.

FaktXəbər-in Türkiyə mediasına istinadən məlumatına görə, Keçmiş Hava Qüvvələri komandanı və Yüksək Hərbi Şura üzvü, keçmiş ordu generalı Akın Öztürkün də arasında olduğu 17 müttəhimin hər birinə 141 il ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

Qərara görə, müttəhimlərdən Akın Öztürk, Ahmed Özçetin, Əli Osman Gürcan, Bilal Akyüz, Cəmil Turhan, Erhan Caha, Fırat Alakuş, Hakan Evrim, Kubilay Selcuq, Mehmet Dişli, Mehmet Partigöç, Ömər Faruk XHarmancık, Murad Koçyiğit, Mustafa Barış Avıalan, Orkan Yıkılkan, Sinan Sürer, Muhsin Kutsi Barış və Osman Kılıç "Konstitusiyanı pozmaq" ittihamından 1, öldürülən 139 nəfərə görə 139 il, Osman Kılıçdan başqa digər müttəhimlər isə "Prezidentə sui-qəsd" ittihamından ağırlaşdırılmış ömürlük həbsə məhkum ediliblər.

Beləliklə, Kılıç 140, digərlərinin hər biri 141 ilə ağırlaşdırılmış ömürlük həbsə məhkum edilib.

Məhkəmə, FETÖ başçısı Fətullah Gülənin də arasında olduğu fərari 13 müttəhimin dosyesinin ayrıca baxılması qərarlaşdırılıb.

Məqalədə : Ərdoğan FETÖ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
251

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
974

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
183

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
353

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
220

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
273
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 08:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru