Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2019
14:39
4301
ABŞ rəsmisi: İran daha bir dronu vurmaq istəyib-YENİLƏNIB

İran daha bir pilotsuz təyyarəni vurmaq istəyib, ancaq raket hədəfə dəyməyib. FaktXeber.com-un məlumatına görə, bu barədə Fox News ABŞ rəsmilərinə istinadla xəbər verib.

Məlumatda ABŞ HDQ-nə məxsus yüksək səviyyəli PUA-nın Hörmüz  körfəzi üzərində İran sahillərindən 17 mil məsafədə «torpaq-hava» raketi ilə vurulduğu təsdiqlənib.

«Hazırda İran qüvvələri dronun qalıqlarını axtarır. İran başqa bir pilotsuz təyyarəni vurmağa çalışıb, ancaq hədəfdən yayınıb», - deyə kanal ABŞ rəsmilərinə istinadla bildirib.

ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi kapitan Bill Urban pilotsuz təyyarənin vurulması ilə bağlı xəbəri şərh etməkdən imtina edib. Lakin AP bu barədə məlumatı dərc etdikdən sonra o, pilotsuz təyyarənin  İranın hava məkanında olmadığını deyib.

Qeyd edək ki, Hörmüz boğazında beynəlxaq hava məkanı yoxdu. Məlumata görə, su sərhəddinin bir hissəsi İrana, bir hissəsi isə Omana məxsusdur.

***

10.40

Bu gecə ABŞ Donanmasına məxsus MQ-4C Triton dronu Hörmüz boğazı üzərində beynəlxalq hava məkanında İraq torpaq-hava tipli raketi tərəfindən vurulub. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "Fox News" ABŞ rəsmilərinə istinadla xəbər verib.

Xatırladaq ki, bundan əvvəl İranın İnqilab Keşikçilər Korpusu bəyan edib ki, ABŞ ordusuna məxsus "Global Hawk" tipli pilotsuz təyyarəni Hörmüzqan vilayətində vurub. Bildirilir ki, Amerikanın pilotsuz təyyarəsi İranın cənub sərhədinə daxil olduğu üçün yerə salınıb.

Buna qədər ABŞ Müdafiə Nazirliyi açıqlamışdı ki, kəşfiyyat məlumatlarının toplanması üçün Yaxın Şərqə təyyarələr, pilotsuz uçuş aparatları və "Patriot" raketlərini göndərəcək.

Birləşmiş Ştatlar pilotsuz uçuş aparatının vurulmasını təkzib edib və İranın hava məkanına heç bir pilotsuzun daxil olmadığını açıqlayıb.

Məqalədə : İran pilotsuz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
245

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
970

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
180

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
350

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
216

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
268
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 07:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru