Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2019
20:10
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin əməkhaqları artırılıb - SİYAHI

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. 

FaktXəbər-in məlumatına görə, sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədi daşıyır. 

Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılıb:

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

Heydər Əliyev Mərkəzi;

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

Azərbaycanda Atatürk Mərkəzi;

Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.

Məqalədə : maaşlar artırıldı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18800

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17397

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18792

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18312

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23876

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18326

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18435
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 19:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru