Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2019
14:17
Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

"Bakı-Məşhəd" müntəzəm sərnişin daşıma marşrutunun açılması və Azərbaycan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran İslam Respublikasının ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılıq əldə olunub.

Bu barədə Faktxeber.com-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Razılıq 12-13 iyun tarixlərində Bakı şəhərində keçirilən Azərbaycanla İran arasında 2002-ci ilin may ayında Tehran şəhərində imzalanmış “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası zamanı əldə olunub. 

Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Mənuçehr Salmanzadə rəhbərlik edib.

İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

H.Həsənov qeyd edib ki, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 446 mln ABŞ dolları təşkil etmişdir ki, bu da 2017-ci il ilə müqayisədə 74% artıq olub.

Yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə “Azərbaycan-İran Qarışıq Komissiyası”-nın növbəti iclası öz işinə yekun vurub.

Məqalədə : Bakı Məşhəd ziyarət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8637

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7384

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9014

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8879

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13267

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8613
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-07-2020 20:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru