Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2019
10:14
1299
Əlcəzairdə siyasi böran davam edir: prezidentliyə sabiq namizəd həbs olundu

Əlcəzair prezidentliyinə sabiq namizəd istefada olan general Əli Qadiri naməlum səbəblərdən öz evində həbs olunub. FaktXeber.com-un məlumatına görə, bu barədə generalın Facebook səhifəsində məlumat verilib.

Qeyd edək ki, Əli Qadiri bundan əvvəl apreli ayına təyin olunmuşprezident seçkilərində iştirak edəcəyini demişdi.

2019-cu ilin fevral ayında Əbdüləziz Buteflanın yaşına və səhhətində problemlərə baxmayaraq 5-ci dəfə prezidentliyə namizədliyini irəli sürəcəyi barədə məlumat Əlcəzairdə siyasi böhran yaradır. Bir neçə həftə davam edən kütləvi xalq etirazlarından sonra Buteflika əvvəlcə Əhməd Uyəhya hökumətini istefaya yollayır, aprelin 2-də isə səhhəti ilə əlaqədar vəzifədən getdiyini açıqlayır. Əlcəzairin müvəqqəti rəhbəri vəzifəsinə Konstitusiyaya uyğun olaraq 90 günlüyünə Parlamentin Yuxarı Palatasının spikeri və Buteflikanın yaxın tərəfdaşı olan Əbdülqadir Bensalah təyin olunur. O, seçkiləri təşkil etməli və hakimiyyəti seçilmiş dövlət başçısına təhvil verməlidir.

Lakin ölkə müxalifəti, ictimai xadimlər və nümayişçilər hakimiyyətdə köhnə rejimin nümayəndələri olduğu müddətdə prezident seçkilərinin keçirilməsinin əleyhinə çıxırlar. Eyni zamanda Əlcəzair ordusu seçkilərin keçirilməsində israr edir. Silahlı Qüvvələrin Baş Qərargah rəisi  Əhmədh Haid Saleh ölkədə siyasi böhranın sona çatması üçün prezident seçkilərinə hazırlığı sürətləndirməyə çağırıb.

Məqalədə : Əlcəzair 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
655

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1237

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1147

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
3354

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
758

Neft yenidən bahalaşıb

19

İyun
09:55
İQTİSADİYYAT
591

Xarici valyutaların manata qarşı məzənnələri

19

İyun
09:44
İQTİSADİYYAT
401

Azərbaycan nefti ucuzlaşdı

19

İyun
09:25
İQTİSADİYYAT
87

Babək prospektində qəza

19

İyun
09:25
HÜQUQ,HADİSƏ
1598
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 12:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru